Bakı – APA. Azərbaycanlı hakimlər növbəti beynəlxalq oyuna təyinat alıb. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin qarşılaşmasını idarə edəcək.
FİFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası İtaliya – İrlandiya oyununda ədaləti qoruyacaq. Qarşılaşma oktyabrın 13-də Viçenza şəhərindəki Romeo Menti stadionunda baş tutacaq.
Ağayevin bu qarşılaşmadakı köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.