Bank Of Baku

Bakıda AFFA və “Bakcell”in dəstəyi ilə “Mançester Yunayted” Futbol Məktəbi açılır

Bakıda AFFA və “Bakcell”in dəstəyi ilə “Mançester Yunayted” Futbol Məktəbi açılır
# 15 sentyabr 2014 09:30 (UTC +04:00)

AFFA klubun rəsmi telekommunikasiya və yayım tərəfdaşı olan “Bakcell” ilə əməkdaşlıq edəcək”

 

Bakı – APA-Economics. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və İngiltərənin “Mançester Yunayted” futbol klubu arasında “Bakcell” şirkətinin dəstəyi ilə baş tutan yeni tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərəcək “Mançester Yunayted” Futbol Məktəbinin açılacağını elan edir.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ilkin mərhələdə akademiyanın istedadlar qruplarında hər birində 16 uşaq olmaqla 32 uşaq oxuyacaq. İstedadlar qruplarında təhsil pulsuz olacaqdır. Uşaqlar hər bir kateqoriya üzrə “Mançester Yunayted” klubundan ezam olunan məşqçilər tərəfindən seçim prosesində seçiləcəklər.

 

İstedadlar qrupları və kommersiya əsaslı qruplar iki yaş qrupu üzrə təşkil olunacaq:

1) U8/U9 - (2006 və 2007-ci il təvəllüdlü) - 16 uşaq;

2) U10/U11 - (2004 və 2005-ci il təvəllüdlü) - 16 uşaq.

 

Məşqlər “Mançester Yunayted” futbol məktəbindən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistenti tərəfindən keçiriləcəkdir. Məşqlərə başlamamışdan əvvəl uşaqlara ingilis dili tədris olunacaqdır (məşqdən qabaq həftədə ən azı iki dəfə). İstedadlar qruplarının seçilməsi 23 sentyabr tarixində “Bayıl Arena” stadionunda keçiriləcəkdir. İstedadlar qruplarının seçilməsi prosesi başa çatdırıldıqdan sonra kommersiya əsaslı qrupların seçim prosesi başlayacaqdır.

 

Qeydiyyatdan keçməyi istəyənlər sentyabrın 12-dən 22-dək, iş günlərində, saat 09:00-dan 18:00-dək aşağıdakı əlaqə məlumatlarından istifadə edərək AFFA-nın nümayəndələri ilə əlaqə yarada bilərlər:

 

Ramin Həsənov: e-poçt: [email protected];

Kifayət Osmanova: e-poçt: [email protected]

 

AFFA-nın prezidenti cənab Rövnəq Abdullayev bildirib ki, “Bakcell” şirkətinin dəstəyi ilə assosiasiya və milyonlarla azarkeşi olan dünya şöhrətli “Mançester Yunayted” klubunun birgə həyata keçirdikləri bu layihə ölkənin futbol həyatında çox önəmli bir hadisədir: “Bakıda fəaliyyət göstərəcək bu futbol məktəbi ölkədə futbolun keyfiyyət səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayacaqdır. Həftədə ən azı iki dəfə keçiriləcək məşqlərdən qabaq uşaqlara ingilis dili dərsləri keçiriləcəkdir ki, bu da, həmçinin, təqdirəlayiq bir haldır. Ümidvaram ki, “Mançester Yunayted” Futbol Məktəbinin Azərbaycanda həyata keçirəcəyi işlər çox qısa bir zamanda öz bəhrələrini verəcək və burada oxuyan uşaqlar ölkə futboluna öz layiqli töhfələrini verə biləcəklər. Biz, AFFA-nın adından “Bakcell” şirkətinə və “Mançester Yunayted” klubuna səmimi qəlbdən təşəkkürümüzü bildiririk”.

 

“Bakcell”in Baş İcraçı Direktoru cənab Riçard Şirer isə qeyd edib ki, şirkət ölkəmizdə futbolun inkişafına dəstək göstərir və AFFA ilə tərəfdaşlıq əlaqələri çərçivəsində gənclər futbolunun inkişaf etdirilməsi ilə bağlı müxtəlif layihələr həyata keçirir: “Mançester Yunayted” Futbol Məktəbinin regionda ilk dəfə olaraq Bakıda fəaliyyətə başlaması ölkəmizdə uşaq futbolunun inkişafına olan diqqət və qayğının nəticəsidir. Futbola olan böyük marağı və Azərbaycanda uşaqların ciddi potensiala malik olduqlarını nəzərə alaraq, xalqın mobil operatoru olan “Bakcell” şirkəti uşaq futbolunun inkişafına yönəlmiş uğurlu layihələri həyata keçirməkdən fəxr hissi duyur və şirkətimiz bu istiqamətdə əhəmiyyətli işlərin görülməsini gələcəkdə də davam etdirmək əzmindədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR