Bank Of Baku

Borçalıdan olan soydaşımız Türkiyədə idman festivalında qızıl medala layiq görülüb - FOTOSESSİYA

Borçalıdan olan soydaşımız Türkiyədə idman festivalında qızıl medala layiq görülüb - <span style="color: red;">FOTOSESSİYA
# 30 oktyabr 2014 17:35 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Borçalıdan olan gənc idmançı soydaşımız oktyabrın 24-28-də İstanbulda keçirilən universal döyüş üzrə festivalda qızıl medala layiq görülüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, idman festivalına azərbaycanlıların kompakt yaşadığı Marneulidən 3 nəfər qatılıb. Məşqçi Faiq Məmmədovun APA-ya verdiyi  məlumata görə, Marneulinin Candar kəndindən olan 14 yaşlı Kənan Nəbiyev yarışın qalibi olub. O, final görüşündə türk idmançısına qalib gələrək birinci yerə çıxıb və qızıl medal ilə təltif olunub.

Marneulidən festivala qatılan digər idmançılardan Qiqa Qavaselişvili ikinci yerə, Bəxtiyar Vəliyev isə üçüncü yerə layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR