APA-nın xəbərinə görə, ölkə prezidenti xanım Dilma Rusef (Dilma Vana Rousseff) 1:7 hesablı ağır məğlubiyyətdən sonra özünün “Twitter” səhifəsində qısa açıqlama ilə çıxış edib: “Bütün braziliyalılar kimi, mən də həddən artıq üzgünəm. Azarkeşlər, oyunçular, hamımızın adından fövqəladə dərəcədə üzüntü duyuram”.
Tarixi matç zamanı stadionun tribunalarında, eləcə də Braziliyanın müxtəlif şəhərlərində oyunu izləyən braziliyalıların keçirdiyi şok və kədər hissini əks etdirən fotosessiyanı təqdim edirik.