APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, olimpiya sistemi ilə davam etdirilən bu mötəbər yarışın artıq ilk 1/8 final qarşılaşması başa çatıb.
Məşhur ingiltərəli hakim Hovard Uebbin idarə etdiyi qarşılaşmada meydan sahibləri Çili ilə üz-üzə gəlib. Oyunda hesabı braziliyalılar açıblar: 17-ci dəqiqədə David Lius fərqlənib.
Amma 15 dəqiqə sonra Çili yığması buraxılan qolun əvəzini çıxıb. Aleksis Sançes dəqiq zərbəylə qolla tarazlığı bərpa edib – 1:1.
İkinci hissədə qapılara top vurulmadığından hər biri 15 dəqiqə olmaqla daha iki hissə oynanılıb. Lakin hesab yenə dəyişmədiyindən qalib penaltilər seriyası ilə müəyyənləşib.
“Lotereyada” isə daha dəqiq olan Braziliya yığması 3:2 hesablı qələbə qazanıb. Meydan sahiblərinin ¼ finaldakı rəqibi az sonra start fiti veriləcək Kolumbiya – Uruqvay görüşünün qalibi olacaq.
1/8 final
28 iyun
Braziliya – Çili - 1:1
Qollar: Luis, 17 - Sançes, 33
Penaltilər seriyası: Luis, (1:0); Pinilia, (1:0); Villian, (1:0); Sançes, (1:0); Marselo, (2:0); Aranqis, (2:1); Halk, (2:1); Dias, (2:2); Neymar (3:2); Qonzalo (3:2)