Bank Of Baku

Çempionlar Liqası: “Qarabağ” III təsnifat mərhələsində ilk oyununu keçirəcək

Çempionlar Liqası: “Qarabağ” III təsnifat mərhələsində ilk oyununu keçirəcək
# 29 iyul 2015 04:25 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, ağdamlılar Şotlandiyada “Seltik”in qonağı olacaq.

 

Bu matç Azərbaycan klubları ilə Şotlandiya təmsilçiləri arasında ilk qarşılaşma kimi tarixə düşəcək.

 

Ardıcıl 3-cü dəfə Çempionlar Liqasının qrupunda çıxış etmək arzusunda olan “Seltik”dən fərqli, təmsilçimiz ötən mövsüm Avropa Liqasının qrupunda debüt edib.

 

Bu mövsüm turnirə II mərhələdən başlayan  Qurban Qurbanovun yetirmələri adlı-sanlı rəqibini də yolundan kənarlaşdırmağı hədəfləyir. Ağdamlılar bunu bacarsa ilkə imza atacaq. Belə ki, bu vaxta kimi heç bir Azərbaycan təmsilçisi Çempionlar Liqasında pley-off mərhələsində iştirak etməyib.

 

Bu mərhələyə yüksəlmək həm də ən pis halda Avroliqanın qrup mərhələsində iştirakı təmin etməkdi. Ardıcıl ikinci dəfə qrup mərhələsinə düşməklə daha bir ilkə imza atmaq şansı olan “Qarabağ” Şotlandiyaya itkisiz yollanıb.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

 

29 iyul

 

23:45. “Seltik” (Şotlandiya) – “Qarabağ” (AZƏRBAYCAN)

Qlazqo. “Seltik Park” stadionu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR