Bank Of Baku

Çempionlar Liqası: "Qarabağ" - "Seltik" - 0:0 - VİDEO

Çempionlar Liqası: "Qarabağ" - "Seltik" - 0:0 - <span style="color: red;">VİDEO
# 05 avqust 2015 20:31 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, ağdamlılar Şotlandiya çempionu “Seltik”i qəbul edib.

 

Ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirində iştirak edən Qurban Qurbanovun yetirmələri bu dəfə də III mərhələni adlaya bilmədi.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunda tərəflərdən heç biri fərqlənə bilməyib. İlk oyunda səfərdə məğlub olmuş "Qarabağ" mübarizəni dayandırıb.

 

Ancaq ağdamlılar üçün Avrokubok mövsümü bununla yekunlaşmayıb. Belə ki, "Qarabağ" bundan sonra mübarizəsini Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunu, 5 avqust

 

"Qarabağ" (Azərbaycan) - "Seltik" (Şotlandiya) - 0:0

İlk oyun – 0:1

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR