Bakı . Fuad Cəfərov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda Təhsil Nazirliyinə məxsus orta məktəbin ümumi sahəsi 40 kvadratmetr olan qazanxananın xarici divarından keçən diametri 51 mm olan qaz xəttində alışma olub. Yanğın nəticəsində qazanxananın damında 1 p.m atma taxta yanıb. Qazanxana yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.