Azərbaycan prezidenti laoslu həmkarını təbrik edib

Azərbaycan prezidenti laoslu həmkarını təbrik edib
# 01 dekabr 2014 16:31 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının prezidenti Çoummali Sayasoneni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:


”Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Laos arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Laos xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR