Bank Of Baku

Çixura" - "Neftçi" oyununu macarıstanlı hakimlər briqadası idarə edəcək

Çixura" - "Neftçi" oyununu macarıstanlı hakimlər briqadası idarə edəcək
# 05 avqust 2014 09:40 (UTC +04:00)

Bakı-APA. Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Çixura" (Gürcüstan) - "Neftçi" (Azərbaycan) oyununu idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Tiflisdəki Mixail Mesxi stadionunda keçiriləcək matçı macarıstanlı hakimlər idarə edəcək.

 

Qarşılaşmanın baş hakimi Tamaş Boqnar olacaq. Ona həmyerliləri kömək edəcək.

 

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

22:00. “Çixura” (Gürcüstan) – “Neftçi” (Azərbaycan) 

Baş hakim: Tamas Bognar

Baş hakimin köməkçiləri: Giörgo Rinq, Peter Berettyan

Dördüncü hakim: Adam Farkaş (hamısı Macarıstan)

UEFA nümayəndəsi: Mixail Anaqnostou (Yunanıstan)

Hakim-inspektor: Zbignev Przemicki (Polşa)

Tiflis. Mixail Mesxi adına stadion

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR