Bank Of Baku

DÇ: Belçika və Əlcəzair 1/8 finala vəsiqə qazanıb - VİDEO

DÇ: Belçika və Əlcəzair 1/8 finala vəsiqə qazanıb  - <span style="color: red;">VİDEO
# 27 iyun 2014 00:34 (UTC +04:00)

Apasport.az xəbər verir ki, H qrupunda baş tutan görüşlərdə Cənubi Koreya Belçika ilə, Əlcəzair isə Rusiya ilə üz-üzə gəlib.
 
Belçika hələ 2-ci turdan sonra 1/8 finala vəsiqəni özünə təmin edib. İkinci vəsiqənin taleyi isə Rusiya-Əlcəzair matçında həll olunub. Rusiyalılar hələ oyunun əvvəlində hesabı açsalar da, əlcəzairlilər hesabı bərabərləşdiriblər. Heç-heçə Əlcəzair millisinə növbəti mərhələyə çıxmaq imkanı verib. Rusiya yığması  dalbadal üçüncü dəfədir pley-off mərhələsinə vəsiqə qazana bilmir. Sonuncu dəfə 1986-cı ildə SSRİ yığması dünya çempionatında mərhələ keçib. SSRİ dağıldıqdan sonra isə Rusiya millisi 1994, 2002 və 2014-cü illərdə dünya çempionatında iştirak edib və qrupda qalıb.
 
Qrupun digər oyununda isə Belçika Cənubi Koreyanı 1:0 hüsabı ilə məğlub edərək, maksimal 9 xal toplayıb. 

 

 
27 iyun


H qrupu


Cənubi Koreya – Belçika - 0:1
Qol: Vertonghen, 78
Qırmızı vərəqə: Defo, 45

 

Əlcəzair – Rusiya - 1:1
Qollar: Slimani, 60 - Kokorin, 6

 

Beləliklə, dünya çempionatının sonuncu 1/8 final cütlükləri məlum olub. G qrupunun qalibi Almaniya 1/8 finalda H qrupunun ikincisi Əlcəzairlə üz-üzə gələcək.

 

Öz növbəsində H qrupunu birinci yerdə başa vuran Belçika yığması növbəti mərhələdə G qrupunun ikincisi ABŞ millisi ilə görüşəcək. Almaniya-Əlcəzair görüşü iyulun 1-də, Belçika-ABŞ matçı isə iyulun 2-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR