Bank Of Baku

Dünya Çempionatı: Argentina - Nigeriya - 3:2 - VİDEO

Dünya Çempionatı: Argentina - Nigeriya - 3:2 - <span style="color: red;">VİDEO
# 25 iyun 2014 21:48 (UTC +04:00)

APA TV- nin məlumnatına görə, hakim Nikola Ritsoli idarə etdiyi Nigeriya – Argentina matçı “Beyra-Rio” stadionunda baş tutub.  Oyun "F" qrupunun həm qrup liderliyi, həm də tərəflərin şəxsi görüşləri baxımından prinsipial olub. Qalib gələn tərəf 1/8 finala lider kimi yollanıb. Bu komanda Argentina millisi olub. Argentinalılar 3:2 hesabı ilə qalib gəliblər. 

 

Hesabı 3-cü dəqiqdə  Argentina yığması adından Messi vurub. Bu onun Dünya Çempionatında 3-cü qolu olub. 4-cü dəqiqədə nigeriyalı oyunçu Əhməd Musa Messinin qoluna cavab verib. Birincinin hissənin vaxtına əlavə edilmiş 2 dəqiqədə Messi 2-ci qolu vurub.

 

İkinci hissənin ilk dəqiqələrində Əhmed Musa oyunda ikinci qolunu ataraq hesabı bərabərləşdirib.

Oyunun 50-ci dəqiqəsində Argentina bir daha hesabda önə keçib. Qolu Roxo vurub. Oyunda başqa qol olmayıb və Argentina Nigeriyanı 3:2 hesabı ilə məğlub edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR