APA-nın məlumatına görə, ilk olaraq meydana Fransa və Almaniya yığmaları çıxıblar.
Almaniya yığmasının müdafiəçisi Mats Hummelsin matçın 12-ci dəqiqəsində vurduğu qol yeganə olub.
Beləliklə, Almaniya Dünya Çempionatının yarımfinalına vəsiqə qazanan ilk komanda olub.
Günün ikinci qarşılaşmasında Braziliya və Kolumbiya komandaları üz-üzə gələcək.
1/4 final
4 iyul
Fransa – Almaniya - 0:1
Qol: Hummels, 12