APA-nın məlumatına görə, yarımfinal matçında Hollandiya və Argentina milliləri görüşüb.
Əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatan matçın qalibi penalti seriyasında müəyyənləşib. Cənubi Amerika təmsilçiləri daha dəqiq olub – 4:2.
Xatırladaq ki, yarımfinal mərhələsinin ilk oyununda Almaniya Braziliyanı 7:1 hesabı ilə darmadağın edərək finala vəsiqə qazanmışdı.
Beləliklə, iyulun 13-də Dünya Çempionatının finalında Almaniya və Argentina komandaları qarşılaşacaq.