APA-nın məlumatına görə, mərhələnin son qarşılaşmasında Hollandiya və Kosta-Rika yığma komandaları ½ final uğrunda mübarizə aparıb.
Əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatan matçın qalibi penalti seriyasında müəyyənləşib. Avropa təmsilçiləri daha dəqiq olub – 4:3.
Xatırladaq ki, bundan əvvəl Argentina minimal hesabla (1:0) Belçikaya qalib gələrək 1/2 finala vəsiqə qazanmışdı. Beləliklə, Dünya Çempionatının yarımfinalında Hollandiya Argentina ilə qarşılaşacaq. Digər yarımfinalda Braziliya Almaniya ilə görüşəcək.
DÇ-2014
6 iyul
1/4 final
Hollandiya – Kosta-Rika – 0:0 (penaltilər seriyası 4:3)