APA-nın Apasport.az saytına istinadın verdiyi xəbərə görə, C qrupunda Kolumbiya Kot-dİvuar ilə üzləşib. İlk matçlarında qalib gələn 2 kollektiv bu dəfə kimin ən güclü olduğunu müəyyənləşdirməyə çalışıb. Bu komandalar da tarixləri ərzində ilk qarşılaşmalarını mundialda keçiriblər. Gərgin oyun 2:1 hesabı ilə Kolumbiyanın xeyrinə başa çatıb.
C qrupu
Kolumbiya - Kot-dİvuar - 2:1
Qollar: James, 64; Quintero, 70 - Jervinyo, 73