Bank Of Baku

Elxan Məmmədov: Komandalarımızdan biri ilk oyunu səfərdə keçirməlidi

Elxan Məmmədov: Komandalarımızdan biri ilk oyunu səfərdə keçirməlidi
# 08 avqust 2014 14:39 (UTC +04:00)

Bakı – APA. "Əvvəla onu deməliyəm ki, UEFA Avropa Liqasının pley-off mərhələsində zəif rəqib olmur. Bu baxımdan, hesab edirəm ki, püşkün nəticəsi normaldı”. Bu sözləri apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Avropa Liqasının pley-off mərhələsinin bu gün keçirilmiş püşkatma mərasimi ilə bağlı fikirlərini bildirən baş katib "Qarabağ" və "Neftçi" komandalarının hər ikisinin ilk oyunu evdə keçirməsinin mümkünlüyünə aydınlıq gətirib: “UEFA bununla bağlı müvafiq qərar qəbul edəcək və təmsilçilərimizdən biri ilk oyununu səfərdə keçirəcək. Çünki Əsasnaməyə görə, eyni şəhərdə, 50-60 kilometrdən yaxın məsafədə UEFA-nın bir turnirinin iki oyunu eyni gündə keçirilə bilməz".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR