Bank Of Baku

FİFA: Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyi ləğv edilməyəcək

FİFA: Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyi ləğv edilməyəcək
# 09 iyun 2015 03:35 (UTC +04:00)

Bakı-APA. Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilməyəcəklər.

 

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, FİFA-nın  bəyanatında belə deyilir.

 

“FİFA Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyinin ləğv edilməsinə əsas görmür. Hər iki ölkə FİFA-nın İcraiyyə Komitəsində demokratik səsvermə yolu ilə seçilib. Mövcud ekspert rəyləri və faktlara söykənərək bildiririk ki,  FIFA-nın Rusiya və Qətəri  Dünya Kubokuna ev sahibliyindən məhrum etməyə heç bir hüquqi əsası yoxdur" – bəyanatda deyilir.

 

Qeyd edək ki, bundan əvvəl FİFA rəsmisi Domeniko Skala bəyan etmişdi ki, korrupsiya halları sübuta yetirilərsə, Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR