Bakı – APA. FİFA-nın prezidenti Yozef Blatter Topaz Premyer Liqasının qalibini təbrik edib. Apasport.az saytının məlumatına görə, isveçrəli futbol funksioneri AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ailəsi adından "Qarabağ" klubuna təbrikini çatdırıb.
Blatter Ağdam təmsilçisini Topaz Premyer Liqasının 2014/2015-ci il mövsümünün qalibi olması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.
Qeyd edək ki, “Qarabağ” mövsümün sonuna 2 tur qalmış çempionluğu təmin edib. Bu, ardıcıl 2-ci, klubun tarixində 3-cü çempionluqdu.