Bakı. Zümrüd Paşayeva – APA. İran xarici işlər naziri Cavad Zərif, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüş Vyanada baş tutub.
Tərəflər İranın nüvə proqramını, habelə İranın nüvə fəaliyyəti bağlı razılaşmanın detallarını müzakirə ediblər.
Qeyd edək ki, üçtərəfli görüşdən öncə C. Zərif K. Eştonla təkbətək görüşüb.