Bank Of Baku

Bakıda Anatoli Banişevskinin eksklüziv futbol geyimi satışa çıxarılıb

Bakıda Anatoli Banişevskinin eksklüziv futbol geyimi satışa çıxarılıb
# 11 sentyabr 2014 15:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Bakcell” şirkətinin dəstəyi ilə Park Bulvar alış-veriş mərkəzində Azərbaycan milli komandasının “Fan Shop”-unun açılış mərasimi keçirilib.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, açılış mərasimində, həmçinin, üzərində Azərbaycan futbolunun əfsanəvi nümayəndəsi Anatoli Banişevskinin əksi olan eksklüziv futbolkanın (SSRİ yığmasının replica maykası) təqdimatı və satışı təşkil olunub.

 

Açılış mərasimində AFFA rəhbərliyi, “Bakcell” şirkətinin nümayəndələri, futbol veteranları, Anatoli Banişevskinin ailə üzvləri, futbol ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.

 

Açılış mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib ki, forma satışının təşkili təkcə milli komandada yox, klublarda da həyata keçirilməlidir: “Bu, futbolun kommersiyalaşması baxımından vacibdir. Forma və atributların satışa çıxarılması həm federasiyalara, həm də klublarla maddi dəstəkdir. Eyni zamanda, futbolun bir reklamıdır. Dünyanın müxtəlif klubları bu strategiyanı uğurla həyata keçirirlər. Həm millimiz, həm də AFFA üçün “Fan-Shop”un açılması mühüm hadisədir. Gələcəkdə Bakının müxtəlif yerlərində “Fan-Shop”ların açılması nəzərdə tutulub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR