Bank Of Baku

Futzal üzrə Azərbaycan millisi Avro-2016 pley-off mərhələsində Slovakiyaya qalib gəlib

Futzal üzrə Azərbaycan millisi Avro-2016 pley-off mərhələsində Slovakiyaya qalib gəlib
# 15 sentyabr 2015 19:57 (UTC +04:00)

Bakı-APA. Futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Perez Faustinonun çalışdırdığı yığmamız Avro-2016-nın pley-off mərhələsi çərçivəsində Slovakiyanı qəbul edib.

 

Bakı İdman Sarayında baş tutacaq görüş komandamız üçün vacib əhəmiyyət kəsb edirdi. Çünki paytaxtımızda qazanılacaq qələbə millimizin sentyabrın 22-də Trnavada baş tutacaq cavab matçına rahat yollanmasına əlavə stimul verəcəkdi.

 

Oyun millilərimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Azərbaycan – Slovakiya - 3:1

Qollar: Amadeo, Vitali Borisov

Hakimlər: Admir Zahoviç, Borut Şiviç, Dejan Nikoliç  (Sloveniya)

Bakı. İdman Sarayı  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR