Bank Of Baku

Georgi Nikolov: “Yaxşı futbolçu tapa bilmədik”

Georgi Nikolov: “Yaxşı futbolçu tapa bilmədik”
# 30 iyun 2014 13:37 (UTC +04:00)

Bakı – APA. “Ən yaralı yerimiz hücum xəttidir. Çox təəssüf ki, bu mövqeyə istədiyimiz səviyyədə yaxşı futbolçu tapa bilmədik”. Bunu apasport.az saytına “İnter”in bolqarıstanlı prezidenti Georgi Nikolov deyib.

 

İyulun 3-də Avroliqanın I təsnifat mərhələsində ilk oyununu keçirəcək “bankirlər” Moldovada “Tiraspol”un qonağı olacaq. Ancaq “İnter” səfərə hücumçu problemi ilə yollanacaq.

 

Aleksandr İaşvilinin karyerasını bitirməsi və Vaqif Cavadovla yeni müqavilənin şərtləri barəsində razılığa gəlinməməsi “İnter”i çətin vəziyyətdə qoyub: “Biz UEFA-ya təqdim etdiyimiz siyahıda cəmi 2 hücumçunun adını göstərmişik. Bunlardan biri Baçana Sxadadzedirsə, digəri Dieqo Madriqaldır. İndi hücum xəttində bu futbolçuların ümidinə qalmışıq. İnanmıram ki, növbəti mərhələyə adlasaq belə, yeni hücumçu sifariş edək. Çünki həmin futbolçunun yeni klubuna öyrəşməsi, ab-havaya düşməsi üçün vaxta ehtiyacı olacaq. Ona görə də bu oyunçularla yolumuza davam edəcəyik”.

 

Nikolov “Tiraspol” ilə oyunlar haqda da fikirlərini bildirdi: “Düşünürəm ki, Avroliqaya hazırlaşmaq üçün 1 ay kifayət edir. Türkiyə və Avstriyada yaxşı hazırlıq keçmişik. Ona görə də “Tiraspol”la görüşdə ancaq qələbə qazanmalıyıq. Amma “Tiraspol”un keçiləsi, asan rəqib olduğunu da demək olmaz. Rəqibə görə arxayınlaşmağı düzgün saymıram. İnanıram ki, ilk görüşdən sərfəli nəticə ilə qayıdacağıq”.

 

Qeyd edək ki, “Tiraspol” – “İnter” matçı iyulun 3-ü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR