APA-nın “Ən-Nahar” telekanalına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 110 sərnişin və 6 ekipaj üzvünün həlak olduğu ehtimal edilir.
Qəzanın səbəbləri bilinmir. Qeyd edək ki, bu gün səhər saatlarında təyyarə ilə əlaqə itmişdi.
***
15:06
Bakı-APA. Əlcəzairin “Air Algerie” şirkətinə məxsus sərnişin təyyarəsi yoxa çıxıb.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, şirkət rəhbərliyi bəyan edib ki, təyyarə Burkina-Fasodan Əlcəzair paytaxtına istiqamət götürdükdən sonra pilotlarla əlaqə kəsilib.
Təyyarənin göyərtəsində 100-dən çox sərnişinin olduğu bildirilir.