Bank Of Baku

Gürcüstan Futbol Federasiyasının rəsmisi: “Təxribatın qarşısını almaq üçün müvafiq tədbirlər görüləcək”

Gürcüstan Futbol Federasiyasının rəsmisi: “Təxribatın qarşısını almaq üçün müvafiq tədbirlər görüləcək”
# 04 avqust 2014 10:35 (UTC +04:00)

Bakı - APA. “Neftçi” bizimlə əlaqə saxlamayıb. Amma onlar təhlükəsizliyin təminatı ilə bağlı bizə müraciət etsələr, mütləq kömək edəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Gürcüstan Futbol Federasiyasının prezidentinin köməkçisi Diana Şeila deyib.

 

O bildirib ki, Mixail Mesxi adına stadionda Avroliqanın III təsnifat mərhələsinin cavab oyunu olan “Neftçi” – “Çixura” matçında problem yaşanmasına imkan verməyəcəklər: “Çalışacağıq ki, burada problem yaşanmasına imkan verməyək. Bunun üçün çalışırıq. Qarşı tərəfin narahat olduğunu bilirik. Amma hər şey qaydasında olacaq. Azərbaycan baş verənlərlə bağlı Gürcüstan hüquq-mühafizə orqanlarını məlumatlandırılıb. Bakıda o bayrağı açanlar futbol azarkeşləri deyil, təxribatçılar olub. Onların qarşısını almaq üçün müvafiq tədbirlər görüləcək. Bu işə təkcə bizim polis deyil, federasiya işçiləri də nəzarət edəcək. Hər şeyi diqqətimizdə saxlayacağıq”.

 

Federasiya rəsmisi “Çixura”nın Türkiyə təmsilçisi “Bursaspor”la oyununda qonaq jurnalistlərə qarşı həmyerlilərinin etdiklərindən danışaraq belə bir şeyi bir də təkrar olunmayacağına söyləyib: “Bursaspor”a qarşı oyunda türk jurnalistlərə qarşı lazımsız hərəkətlər olundu. Bu, bir də təkrar edilməyəcək. Bunu sizə söz verirəm. Biz artıq hər şeyi öz nəzarətimizə götürmüşük. Azərbaycanlılar və “Neftçi” klubu narahat olmasın”.

 

Şeila Gürcüstan klubunun UEFA tərəfindən cərimələndiyini təsdiqləyib: “Bəli, “Çixura” UEFA tərəfindən cərimələnib və çox ciddi şəkildə onlara xəbərdarlıq olunub. Onlara 15 min avro pul cəriməsi kəsilib. Yəqin ki, Bakıda olanlara görə yenidən onlara cərimə gələcək. Biz də öz növbəmizdə Saçxere təmsilçisi haqqında tədbirlər görəcəyik”.

 

Qeyd edək ki, matç avqustun 8-də olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR