Bank Of Baku

İdman Arbitraj Məhkəməsində “Xəzər Lənkəran”ın şikayətinə baxılıb

İdman Arbitraj Məhkəməsində “Xəzər Lənkəran”ın şikayətinə baxılıb
# 03 avqust 2015 18:42 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, İdman Arbitraj Məhkəməsi (CAS) heyətinə futbolçu qatmasına qadağa qoyulan “ağ-yaşıllar”ın şikayəti dəyərləndirib.

 

CAS-ın qəbul etdiyi qərara əsasən, FİFA-nın cəzası avqustun 31-də başa çatır. Sentyabrın 1-dən sonra oyunçu transfer etmək hüququna malik olacaq “Xəzər Lənkəran” yalnız azad agent statusu daşıyan oyunçularla güclənə bilər.

 

Bu isə onunla bağlıdı ki, “transfer pəncərəsi” də avqustun 31-də bağlanacaq.

 

Cənubluların mövsümlərarası fasilədə heyətinə cəlb etdiyi azad agent statusu daşıyan futbolçular da məhz sentyabrın 1-dən sonra “ağ-yaşıl” forma geyə biləcək. Bu o deməkdi ki, yeni oyunçular yalnız ilk 3 turda komandalarına kömək edə  bilməyəcək. Bu futbolçular Premyer Liqanın yeni mövsümünün IV turunda debüt etmək imkanı qazanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR