Mirmahmud Mirəlioğlu: “KXCP Milli Şuranın təyin etdiyi mitinqdən xəbərsizdir”

Mirmahmud Mirəlioğlu: “KXCP Milli Şuranın təyin etdiyi mitinqdən xəbərsizdir”
# 02 oktyabr 2014 07:53 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi mitinqdən xəbərsizdir”. Bunu APA-ya açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu deyib.

O, partiyasının mitinqdə iştirak edib-etməyəcəyi ilə bağlı suala “Mənim mitinqdən xəbərim yoxdur” - deyə cavab verib.

KXCP Ali Məclisinin sədri Bəybala Əbil də APA-ya bildirib ki, Milli Şuranın mitinqi barədə məlumatı yoxdur. Onun sözlərinə görə, KXCP-nin mitinqdə iştirak məsələsi partiyanın İdarə Heyətində müzakirə olunduqdan sonra qərar veriləcək.

Xatırladaq ki, KXCP rəhbərliyi son vaxtlar Milli Şuranın tədbirlərində iştirak etmir. KXCP sədrinin müavini Xəzər Teyyublu sentyabrın 28-də qurumdan istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR