Bakı – APA. Azərbaycan millisinin Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu il oktyabrın 10-da keçiriləcək İtaliya - Azərbaycan oyunu Palermo şəhərindəki “Comunale Renzo Barbera” stadionunda təşkil olunacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, Avro-2004-ün 2003-cü ildə keçirilən matçında Azərbaycan yığması Reco-di-Kalabriyada meydana çıxmışdı. Həmin qarşılaşmada apenninlilər millimizə 4 cavabsız qol vurmuşdular.