Bank Of Baku

Karlos Tevesin oğurlanmış atasını azad ediblər

Karlos Tevesin oğurlanmış atasını azad ediblər
# 30 iyul 2014 01:13 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 8 saat ərzində girov saxlanılan Tevesin atası sağ-salamatdır.

 

Cinayətkarlar Argentinanın paytaxtı Buenos-Ayresdən 20 km aralıda yerləşən Moron şəhərində girov götürdükləri Sequndo Teves üçün pul tələb ediblər. Atalarını girovluqdan azad etmək üçün Teveslər ailəsi  37 min avro ödəməli olub.

 

Hadisə iyulun 29-u, səhər saatlarında baş verib. Sequndo Teves “Volkswagen Vento” avtomobilinin sükanı arxasında olarkən tapança ilə hədələnərək qaçırılıb. İlkin məlumata görə, cinayətkarlar 3 nəfər olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR