Azərbaycanda qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazası hazırlanır

Azərbaycanda qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazası hazırlanır
# 22 oktyabr 2014 10:41 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Avropa Birliyi ilə hazırda qurum tərəfindən ayrılan qrant hesabına qeyri-dövlət pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının hazırlanması istiqamətində işlər davam etdirilir. Hazırlanacaq qanunvericilik layihəsi ilk növbədə qeyri-dövlət pensiya fondlarının fəaliyyətini tənzimlənməsi üçün fərdi hesabların həmin fondlarda açılması, vətəndaşların könüllü sığortalanmasında ödəyəcəyi sosial sığorta haqlarının qeyri-dövlət pensiya fondlarında açılmış fərdi hesablarda uçotu, həmin vəsaitlərin maliyyə bazarında yerləşdirilməsi, eləcə də yerləşdirilməsi üzərində dövlət nəzarətinin tənzimlənməsi mexanizmini ifadə edəcək.

"APA-Economics"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında dövlət sosial müdafiə fondunun rəhbəri Elman Mehdiyev bildirib.

Onun sözlərinə görə, hazırlanacaq qanunvericilik layihəsinin mühüm tərkib hissəsi qeyri dövlət pensiya fondlarının vəsaitləri hesabına qeyri-dövlət pensiyalarının hesablanması qaydalarına aid olacaq.

"Layihənin 2015-ci ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur. Hesab edirəm ki, layihə çərçivəsində hazırlanacaq Avropa standartlarına cavab verən qanunvericilik sənədləri növbəti mərhələdə Azərbaycanda qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üçün qanunvericilik əsaslarını yaratmış olacaq. Təcrübələrimizə əsasən, bu istiqamətdə fondlar bir neçə formada yaradılır. Ən korporativ əsaslı, cəmiyyətə açıq və qapalı, fərdi pensiya planları ilə fəaliyyət göstərən fondların yaradılmasını beynəlxalq təcrübədə müşahidə edirik. Yeni layihədə bütün fəaliyyət növləri üzrə alternativ imkanları nəzərə almaq istəyirik",-deyə E. Mehdiyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR