Azərbaycanın iki rayonunda tullantılılardan enerji əldə olunacaq stansiyalar tikiləcək

Azərbaycanın iki rayonunda tullantılılardan enerji əldə olunacaq stansiyalar tikiləcək
# 23 sentyabr 2014 14:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iki rayonunda tullantılılardan enerji əldə olunacaq stansiyalar tikiləcək.

APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlov bildirib.

Onun sözlərinə görə, artıq Siyəzən və Şəki rayonlarında yeni stansiyaların tikintisinə başlanılıb: “Belə ki, Şəki rayonunda iribuynuzlu ferma təsərrüfatların tullantılarından və Siyəsən rayonunda isə quşçuluq fermalarından atılan tullantılardan istifadə etməklə, biokütlə enerjisini almaq fikrindəyik. Bu ekoloji məsələdir. Çünki, dünənə qədər bu tullantılar atılırdı. Bunlardan çıxan qazlar isə ciddi mənfi təsirlərə səbəb olurdu”.

A. Bədəlov deyib ki, Agentlik Almaniya istehsalçıları ilə birlikdə bu stansiyaların qurulması üzərində işləyir: “Düşünürəm ki, artıq gələn il bu stansiyanın qurularaq təhvil veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR