Bakı - APA. Futbol üzrə Rusiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqı (RFİ) Fabio Kapellonun istefasından sonra boş qalan posta MOİK-in çalışdırıcısı Leonid Slutskini təyin edib.
44 yaşlı mütəxəssislə müqavilə Avropa çempionatının seçmə mərhələsinin sonuna qədər nəzərdə tutulub. Bu il başa çatacaq seçmə mərhələnin sonunadək Slutski yığma ilə yanaşı, klubda da fəaliyyət göstərəcək. Belə ki, 2009-cu ildən Moskva MOİK-inin baş məşqçisi olan mütəxəssisin hər iki postda çalışması ilə bağlı RFİ və klub arasında razılıq əldə olunub.
Qeyd edək ki, Slutski MOİK-ə qədər Rusiyanın digər klubları “Uralan”, “Moskva” və “Krılya Sovetov”un baş məşqçisi olub.
Leonid Slutski Rusiya futbol yığmasının baş məşqçisi təyin olunub
07 avqust 2015 11:42 (UTC +04:00)
Futbol
14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb
00:22
18 may 2024
Dünyanın ən böyük derbiləri: Siyahıda "Qalatasaray" - "Fənərbaxça" matçı da var
15:35
17 may 2024
Futbol üzrə Azərbaycan çempionatlarının kubok və medalları yeni dizaynda hazırlanıb
14:52
17 may 2024
Fatih Terim "Panatinaikos"dan ayrıldığını açıqlayıb
11:08
17 may 2024