Akif Əlizadə Prezident yanında Bilik Fondunun nümayəndələrini qəbul edib - FOTO

Akif Əlizadə Prezident yanında Bilik Fondunun nümayəndələrini qəbul edib - <span style="color: red;">FOTO
# 23 iyul 2014 17:11 (UTC +04:00)

AMEA-dan APA-ya verilən məlumata görə, A. Əlizadə ölkədə elmin, ictimai fikrin inkişafından danışıb, gənclərlə aparılan işlərin vacibliyini önə çəkib.

Akademik elmi diasporla işin təşkilinin əhəmiyyətindən danışıb və qeyd edib ki, xaricdə xeyli azərbaycanlı alim çalışır.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla isə fondun fəaliyyətinin əsas istiqamətlərindən söz açıb. O bildirib ki, elmin bütün ölkə ərazisində populyarlaşdırılması, o cümlədən gənclər arasında savadlanma və maariflənmənin artırılması, xarici ölkələrdəki elmi nailiyyətlərin respublikanın ən ucqar kəndlərinə belə yayılması fondun fəaliyyətinin əsas istiqamətləri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR