BŞİH Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin piketlə bağlı müraciətinə cavab verib

BŞİH Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin piketlə bağlı müraciətinə cavab verib
# 17 noyabr 2014 10:06 (UTC +04:00)

BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya açıqlamasında deyib ki, qurum müraciəti araşdırıb və piketə razılıq verməyib: “Müracətdə Sərbəst Toplaşmaq haqqında qanunun 5-ci maddəsinə cavab verilmədiyindən və 9-cu maddənin müvafiq bəndinə əsasən, planlaşdırılan piket məqsədəuyğun hesab edilməyib”.

Xatırladaq ki, etiraz piketi siyasi məhbuslara azadlıq tələbi ilə Prezident Administrasiyası, Bakı Prokurorluq və Ali Məhkəmənin binalarının qarşısına təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR