Azad Rəhimov AŞ baş katibinin müavinini qəbul edib - FOTO

Azad Rəhimov AŞ baş katibinin müavinini qəbul edib - <span style="color: red;">FOTO
# 03 sentyabr 2014 11:17 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Gənclər və idman naziri Azad Rəhimov Avropa Şurası baş katibinin müavini Qabriella Battaini–Draqonini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş çərçivəsində nazir 2015-ci ildə Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə bağlı məlumatlar verib. Eyni zamanda, nazir Azərbaycanın Avropa Şurasında sədrliyi dövründə həyata keçiriləcək bir sıra tədbirlər haqqında da qonağı məlumatlandırıb.

Bununla yanaşı, 1-5 oktyabr tarixlərində Qəbələ şəhərində keçiriləcək Avropa Şurasının “Nifrət nitqinə yox” kampaniyasının beynəlxalq forumu və 28-30 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək Gənclər siyasəti üzrə Qlobal Gənclər Forumu da qonaqla müzakirə edilib.

Bu ay İsveçrənin Makkolin şəhərində keçiriləcək Avropa Şurasının İdmana məsul nazirlərinin növbəti görüşünün mövzuları ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR