Bank Of Baku

Moskvada “Bakı-2015” I Avropa Oyunlarına dəstək çərçivəsində Universiadaya yekun vurulub - FOTOSESSİYA

Moskvada “Bakı-2015” I Avropa Oyunlarına dəstək çərçivəsində Universiadaya yekun vurulub - <span style="color: red;">FOTOSESSİYA
# 11 may 2015 17:20 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada mini-futbol üzrə Heydər Əliyev kuboku turniri keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Lujniki" İdman Arenasında baş tutan turnirlə Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Bakı-2015" Avropa oyunlarına dəstək çərçivəsində "Universiada AMOR-2015"-ə yekun vurulub.

 

Heydər Əliyev kuboku üzrə mini-futbol turnirində 24 komanda iştirak edib. Onlardan 5-i Rusiyanın regionları təmsil edən komandalar olub. Turnirdə ilk dəfə Novosibirksdəki Azərbaycan-Rusiya Dostluq Evinin komandası iştirak edib.

 

Turniri giriş sözü ilə açan RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev iştirakçıları Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyevin 92-ci doğum günü münasibəti ilə təbrik edib. O, dahi lideri müasir Azərbaycan dövlətçiliyinin əsasının qoyulmasında böyük rolunu qeyd edib: "Vahid Azərbaycan diasporunun yaradılması da Heydər Əliyevin adı ilə bağlıdır. Biz azərbaycanlılar doğma vətənimizdən kənarda yaşasaq da hər zaman dövlətimizin qayğı və diqqətini öz üzərimizdə hiss edirik".

 

RAGB sədri Leyla Əliyeva adından turnir iştirakçılarını salamlayan Emin Hacıyev onlara uğurlar arzulayıb. O, "Universiada AMOR-2015"-də aktiv iştirak etdiklərinə görə hər kəsə təşəkkürünü bildirib: "Birinci Avropa Oyunları bizim ölkə üçün tarixi hadisədir. "Bakı-2015" Avropa Oyunlarına dəstək çərçivəsində keçirilən "Universiada AMOR-2015"-də iştirak edənlər Azərbaycan idman ənənələrinin təbliğinə öz töhfələrini verdilər". Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev isə çıxışnda mini-futbol üzrə turnir və "Universiada AMOR-2015"-in bağlanış mərasimi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 92-ci doğum günündə keçirildiyini söyləyib: "Heydər Əliyevin adı bizim ölkəmizin dirçəlişi və xilası ilə bağlıdır".

 

ÜAK icraçı direktoru bildirib ki, Moskvada 9 may paradında Azərbaycan prezidenti İlham Əliyevin iştirak etməsi iki ölkə arasında dostluq münasibətlərinin sübutudur.

 

Azərbaycanın Rusiyadakı səfirliyinin muşaviri Vuqar İmaməliyev səfir Polad Bülbüloğlu adından turnir iştirakçılarına uğurlar arzulayıb. Bu gün ümummilli lider Heydər Əliyevin doğum günü olduğunu qeyd edən səfirlik nümayəndəsi bildirib ki, Heydər Əliyev həyatda hər zaman qalib olub: "Mən də sizə Heydər Əliyev kimi qalib olmağı arzu edirəm".

 

Daha sonra turnirə start verilib. Bu il keçirilən turnirin qalibi Novosobirskdəki Azərbaycan-Rusiya Dostluq Evinin komandası olub. İkinci yeri Rusiya Xalqlar Dostluğu Universitetinin komandası tutub. Üçüncü yer uğrunda mükafatı isə Azərbaycanın Rusiyadakı səfirliyinin komandası ilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin komandası bölüşüblər.

 

Qalib komandalara Heydər Əliyev kuboku və medallar təqdim olunub. Turnirin ən yaxşı oyunçusu Novosibirsk komandasının üzvü Roman Lavrentiyev olub. Ən yaxşı qapıçı yenə həmin komandanın üzvü Andrey Qojenko, bombardir isə Moskva Dövlət Humanitar İqtisad Universitetinin komandasının kapitanı Vaqif Bayramov olub.

 

Qeyd etdiyimiz kimi, mini-futbol üzrə Heydər Əliyev kuboku turniri ilə "Universiada AMOR-2015"-ə də yekun vurulub. Universiadanın qalibləri mükafatlandırılıb. Stolüstü tennis, voleybol, basketbol, marafon qaçışı üzrə keçirilən yarışların qaliblərinə medallar təqdim olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR