Milli Məclis ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumunu təsdiq edib

Milli Məclis ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumunu təsdiq edib
# 20 noyabr 2014 13:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA. Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu səsverməyə çıxarılıb.

APA-nın məlumatına görə, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq “Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında” 2014-cü il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR