Oleq Şatov: Azərbaycanla qarşılaşmada azarkeşlərin çox maraqlı oyun izləyəcəyini düşünürəm

Oleq Şatov: Azərbaycanla qarşılaşmada azarkeşlərin çox maraqlı oyun izləyəcəyini düşünürəm
# 03 sentyabr 2014 10:19 (UTC +04:00)

Bakı - APA. “Düşünürəm ki, Azərbaycanla son iki oyunumuzu xatırlamaq kifayət edər. Onların necə güclü rəqib olduğunu görmüşük”. Apasport.az xəbər verir ki, bu sözləri Rusiya millisinin futbolçusu Oleq Şatov deyib.

O, bu gün Azərbaycanla keçiriləcək yoldaşlıq görüşündən danışıb. 24 yaşlı vinger bildirib ki, Azərbaycanla oyun çox maraqlı keçəcək: “Onlarla son iki oyunumuz maraqlı keçib. Evdə çətinliklə minimal hesablı qələbə qazandıq. Səfərdə də heç-heç ilə kifayətlənməli olduq. Ona görə də bizim üçün asan deyil. Berti Foqtsun komandası güclü rəqibdir. Ən əsası isə azarkeşlərin çox maraqlı oyun izləyəcəyini düşünürəm. Çox yaxşı matç olacaq”.

Qeyd edək ki, Rusiya və Azərbaycan yığmaları arasında görüş bu gün Bakı vaxtı ilə saat 20:00-da Moskvadakı “Ximki Arena”da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR