Qaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Qaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 28 sentyabr 2014 15:45 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə sentyabr ayının 27-i axşam saatlarında Qax şəhəri İsmayıl Dağıstanlı küçəsində baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü, Qax şəhər sakini Toğrul Rafiq oğlu Paşayev idarə etdiyi “Mercedes 220” markalı 90 CO 702 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1946-cı il təvəllüdlü Adil Zahid oğlu Məhərrəmovu vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Məhərrəmov Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Qax RMX-dan APA-ya verilən məlumata görə, A. Məhərrəmov sentyabrın 28-də xəstəxananın reanimasiya şöbəsində aldığı ağır bədən xəsarətlərindən keçinib.

Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR