Bakı - APA-Sport. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin səhhətində gözlənilmədən problem yaranıb.
Apasport.az saytının xəbərinə görə, PFL rəhbəri dünən “Modern” klinikasına aparılıb.
Bu gün isə R.Musayev Mərkəzi Klinik Xəstəxanasına köçürülüb. Müayinədən sonra PFL prezidentinin sağlıq durumu barədə dəqiq məlumat veriləcək.
Məlumatı Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev də təsdiqləyib.