Bank Of Baku

Rəşad Sadiqov: ““Partizan”la heç-heçə pis nəticə deyil”

Rəşad Sadiqov: ““Partizan”la heç-heçə pis nəticə deyil”
# 23 noyabr 2012 10:50 (UTC +04:00)

 

 

Bakı-APA. “Heç-heçə pis nəticə deyil. Hərçənd qalib gələ də bilərdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin kapitanı Rəşad Sadiqov Avroliqanın qrup mərhələsində “Partizan”la Bakıda 1:1 hesabı ilə nəticələnən oyundan sonra UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

Yarımmüdafiəçi komandasının qrup mərhələsində çıxışını qənaətbəxş sayır: “Hesab edirəm ki, debütant üçün 2 xal az deyil. Üstəlik, bizim qarşıda Milana səfərimiz var”.

Qeyd edək ki, xallarını “Partizan”la oyunlarda bərabərliklərlə qazanan “Neftçi” qrup mərhələsində son oyununu dekabrın 6-da “İnter”lə İtaliyada keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR