Bank Of Baku

Rəşad Sadıqov “Qızıl top” mükafatına namizədlərini açıqlayıb

Rəşad Sadıqov “Qızıl top” mükafatına namizədlərini açıqlayıb
# 20 noyabr 2012 09:18 (UTC +04:00)

 

Bakı – APA. Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov dünyanın ən yaxşı futbolçusu ilə bağlı seçimini müəyyənləşdirib. Bu haqda apasport.az saytına məlumat verən 30 yaşlı müdafiəçi “Qızıl top”a hər 3 namizədinin adının açıqlayıb. 


O, argentinalı Lionel Messi, portuqaliyalı Kriştianu Ronaldo və ispaniyalı Andreas İnyestaya üstünlük verib. 

“1-ci yerlə bağlı çox fikirləşdim. Bu il Avropa çempionluğu qazanan İspaniya yığmasının futbolçularının uğuru böyükdür. Ancaq onlar komanda şəklində güclüdür. 5-6 lider futbolçusu var – İker Kasilyas, Havi Ernandes, Andres İnyesta və sair. Ancaq aşkar seçilən futbolçusu olmadığından, kiməsə üstünlük verə bilmədim. Bu səbəbdən çox fikirləşdikdən sonra Messini 1-ci göstərdim. O, bu il də yüksək səviyyəli oyun nümayiş etdirib, bir sıra rekordlar qırıb, yığmada da uğurlu oyunlar keçirdib. Lionel kimi İspaniyada məhsuldarlıq göstərən Ronaldonu 2-ci yerdə göstərdim. Seçimdə ispaniyalı olmalı idi ki, bunda Avropa çempionatının ən yaxşı futbolçusu seçilən İnyestaya üstünlük vedim” – deyə, Sadıqov bildirib.

Qeyd edək ki, Sadıqov ötən il də ən yaxşı futbolçu kimi Messiyə səs vermişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR