Bakı – APA. Sabah futbol üzrə Topaz Premyer Liqasında II tura start veriləcək. Apasport.az saytının məlumatına görə, bu dəfə turun iki görüşü Bakıda, üçü isə paytaxtdan kənarda keçiriləcək.
3 qarşılaşmanın keçiriləcəyi ilk oyun günü daha çox maraq kəsb edir.
Belə ki, bu il avrokuboklarda mərhələ adlamağı bacaran hər 3 komandamız meydana sabah çıxacaq. Ötən mövsüm çempionatda ilk iki pilləni tutan “Qarabağ”la “İnter” isə turun mərkəzi matçında üz-üzə gələcək.
Uzun fasilədən sonra çempionat oyununu qəbul edəcək Bakıxanov qəsəbə stadionunda baş tutacaq matça komandalar fərqli durumda çıxacaqlar. Hollandiya “Tvente”si ilə avrokubok görüşü düşüncəsi ilə oynayacaq Qurban Qurbanovun komandası ilk turda gözlənilməz texniki məğlubiyyət alıb. Avropa ilə vidalaşan Kaxaber Sxadadzenin yetirmələri isə ötən mövsümün bürünc mükafatçısı “Qəbələ”yə 4 cavabsız qol vurduqdan sonra yenə iddialı olacağını ortaya qoymağa çalışacaq.
Eyni vaxtda başlayacaq paytaxt derbisi isə əvvəlki əhəmiyyətini itirib. “Neftçi” ilə “Bakı”nin duellərinin istənilən turun bəzəyi olduğu vaxtlar artıq tarixə qovuşub. Amma bu dəfəki matça maraq böyükdü.
Bir tərəfdən ona görə ki, çempionatda iştirakı hələ də sual altında olan “Bakı”nın meydana hansı heyətlə və necə çıxacağı maraqlıdı. İlk turda darmadağınla üzləşən “Neftçi”nin bu dəfə hansı heyətə güvənəcəyi, avrokubok öncəsi Nikolas Kanalesə qayıdışını qeyd etmək imkanı verib-verməyəcəyi də çoxlarını düşündürür.
Günün son matçında isə ilk turun gözlənilməz nəticələrinə imza atanlar görüşəcəklər. Yayda topladığı güclü heyətlə AZAL-ı məğlub edə bilməyən “Xəzər Lənkəran” çempionluq iddiasını ilk ev oyununda göstərməlidi. Onların rəqibi isə ilk turda “Qarabağ”dan 3 cavabsız qol buraxan, amma texniki qələbəyə sevinən “Sumqayıt”dı.
Turun ikinci günü Zaqatalada başlayacaq. İlk oyunu “Bakı” ilə olduğundan mövsümə start verməyən “Simurq” “Xəzər Lənkəran”ı büdrətməyi bacaran AZAL-ı sınağa çəkəcək.
Həftəyə Qəbələdə yekun vurulacaq. Mövsümə uğursuz başlayan meydan sahibləri “Neftçi”nin ikinci heyətini 3:0 məğlub edən “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Qonaqların gücünə aydınlıq gətirəcək qarşılaşma Dorinel Muntyanunun yetirmələrinin uğursuz seriyaya I divizionun qalibi ilə oyunda son qoymağa çalışacaq.
Topaz Premyer Liqası, II tur
16 avqust (şənbə)
19:00. “Qarabağ” – “İnter”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
19:00. “Neftçi” – “Bakı”
Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Nahid Əliyev, İnqilab Məmmədov
“Bakcell Arena” stadionu
20:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Nail Nağıyev
“Xəzər Lənkəran” mərkəzi stadionu
17 avqust (bazar)
19:00. “Simurq” – AZAL
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev
Zaqatala şəhər stadionu
20:00. “Qəbələ” – “Araz Naxçıvan”
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Xəlil Hüseynli
Qəbələ şəhər stadionu
Sabah futbol üzrə Azərbaycan çempionatında II tura start veriləcək
Xəbər Lenti
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
Biləsuvarda avtomobil yolu keçmək istəyən piyadanı vurub öldürüb
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Ukrayna dörd günlük atəşkəs elan edib
Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb
Tramp: Biz çox yaxın zamanda Kirk dağına zərbə endirə bilərik
Virtual sinif: Azərbaycan startapı təhsili yeni müstəviyə çıxarır - EURONEWS
Tramp: ABŞ faktiki olaraq İran üzərində nəzarəti ələ keçirib
İran İordaniyadakı ABŞ bazalarını vurduğunu açıqlayıb
Super Liqa: “Qalatasaray” 3 xalı 3 qolla qazanıb
Britaniyada Lordlar Palatasının ləğvi ilə bağlı referendum keçirilə bilər
Rusiya XİN Zelenskinin Rusiyanın hava məkanı ilə bağlı dediklərini təkzib edib
Zelenski: Rusiyanın zərbələrinə cavab hazırlayırıq və cavabın istiqaməti artıq müəyyənləşdirilib
Qətər XİN: İran cavab zərbələrində təkcə ABŞ bazalarını deyil, mülki obyektləri də hədəf alıb
Zelenski Rusiyanı hava zərbələrini müvəqqəti olaraq dayandırmağa çağırıb
Yarışla əlaqədar müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
Meloni Prezident İlham Əliyevə təşəkkür edib: İtaliya və Azərbaycan möhkəm əməkdaşlıq qurub
Kiyevə dron hücumu nəticəsində 9 nəfər yaralanıb
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb
ABŞ İranla bağlı yeni sanksiyalar tətbiq edib
Səfir: “Tramp marşrutu”nun təməli gələn ilin əvvəlində qoyula bilər
“Novaya Gazeta” Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Rusiya Ukraynanın təhdidlərinə görə Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edib
Zaxarova Paşinyanın 102-ci baza ilə bağlı dediklərinə Bulqakovun sitatı ilə istehzalı cavab verib
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
Sərhəd açılacaqsa, Qars nə qazanacaq? – Üst-üstə düşməyən gözlənti və iqtisadi realllıq - TƏHLİL
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Rusiya ordusu Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin binasına dron zərbəsi endirib, yanğın başlayıb - FOTO - YENİLƏNİB
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb
İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi - Avqust/2026
Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edib
İran ordusu müharibədə ABŞ-la İsrailin 370 təyyarə və dronunun məhv edildiyini bildirir
KİV: Trampın nümayəndələrinin Kiyevə səfəri sual altındadır, Uitkoff ehtiyat edir
Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib
NYT: Cenevrədəki danışıqlardan sonra ruslar Budanova Moskvaya getməyi təklif edib