Sumqayıtda qətl hadisəsi baş verib

Sumqayıtda qətl hadisəsi baş verib
# 30 iyul 2014 11:33 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 28-də Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində qəsəbə sakini əvvəllər məhkum olunmuş Kamil Məmmədov münaqişə zəminində həmyerlisi Rasim Əliyevə bıçaqla xəsarət yetirib. R. Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.


Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən K. Məmmədov tutulub.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR