Bəzi dövlət müəssisələrinin kommunal xidmətlərə görə büdcəyə 10 mln. manatdan artıq borcu var

Bəzi dövlət müəssisələrinin kommunal xidmətlərə görə büdcəyə 10 mln. manatdan artıq borcu var
# 18 avqust 2014 09:00 (UTC +04:00)

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rabitə xidmətlərinin istehlakı 21,4%, təbii qazın istehlakı 6,8%, istilik enerjisinin istehlakı 6%, elektrik enerjisinin istehlakı 4,2% artıb, suyun istehlakı isə 4,3% azalıb.

İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 3,9% artaraq 78,1 mln. manat təşkil edib. İstehlakın ümumi dəyərinin 68,0%-ni elektrik enerjisi, 12,7%-ni su, 9,2%-ni təbii qaz, 6,5%-ni rabitə xidmətləri, 3,6%-ni isə istilik enerjisi təşkil edib.

Bu ilin yanvar-iyun aylarında büdcə təşkilatları istifadə olunmuş ehtiyatların ümumi dəyərinin 87,1%-ni və ya ötən ilin müvafiq dövründə 83,4% ödəməklə 10,1 mln. manatını kəsirdə qoyublar. İstehlak edilmiş elektrik enerjisinin 8 mln. manatı, təbii qazın 760,6 min manatı, istilik enerjisinin 546,4 min manatı, suyun 524,0 min manatı, rabitə xidmətlərinin 269,5 min manatı ödənilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR