Mədəniyyət və Turizm Nazirliyində yeni təyinat olub

Mədəniyyət və Turizm Nazirliyində yeni təyinat olub
# 04 avqust 2014 13:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyinə yeni şöbə müdiri təyin olunub. Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, nazir Əbülfəs Qarayevin müvafiq əmri ilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini İsmayıl Hüseynov İncəsənət şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

İsmayıl Emil oğlu Hüseynov 1983-cü ildə anadan olub, Bakı Dövlət Universitetinin məzunudur. O, 2006-2010-cu illərdə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsində məsul vəzifədə çalışıb, 2010-2014-cü illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini vəzifəsini icra edib.

İ. Hüseynovun Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindəki vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, nazirliyin İncəsənət şöbəsinin sabiq müdiri Fərəh Əliyeva prezidentin may ayında imzaladığı müvafiq sərəncamı ilə Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR