Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının balansında olan sanatoriyaların 95%-i təmir olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının balansında olan sanatoriyaların 95%-i təmir olunub
# 12 dekabr 2014 13:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) balansında olan sanatoriyaların 95%-i təmir olunub.

Bunu “APA-Economics”ə açıqlamasında AHİK sədri Səttar Mehbalıyev deyib.

“Təmir olunmayan 3-4 sanatoriya-istirahət mərkəzi qalıb. Onların da təmiri il yarıma başa çatdırılacaq. Bütün bu sanatoriya-istirahət mərkəzlərində təmir-quruculuq işləri gedir. 3 il bundan qabaqkı sanatoriyalar ilə indiki sanatoriyalar arasında 90% fərq var. İnsanların istirahəti üçün münbit şərait yaradılıb”, - deyə S. Mehbalıyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR