Bank Of Baku

Topaz Premyer Liqasında XXXI turun oyunları keçirilib - NƏTİCƏLƏR

Topaz Premyer Liqasında XXXI turun oyunları keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 26 aprel 2015 02:21 (UTC +04:00)

Bakı-APA. Ötən gün Topaz Premyer Liqasında XXXI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tura Lənkəran və Sumqayıtda start verilib.

 

Son 7 turda qələbələri sıralayan “Qəbələ” bu dəfə səfərdə “Xəzər Lənkəran”ın qonağı olub. Eyni adlı şəhərin klubu bu turda da seriyanı davam etdirərək, yekunda "Neftçi"yə çatıb. Son 3 ev oyununda uduzmayan cənub təmsilçisi iddialı rəqibini də büdrətməkdə aciz qalıb.

 

“Simurq” səfərdə “Sumqayıt”la üz-üzə gəlib. Avrokubok arzusu hələ tam puç olmayan Zaqatala klubu gözlənilmədən meydanı məğlub tərk edib. Əvəzində 13 oyundu qələbə qazana bilməyən “Sumqayıt” isə bu uğursuzluğa son qoyub.

 

“İnter” 4 oyundu qələbəyə həsrət qalan AZAL ilə münasibətlərə aydınlıq gətirib. İkinci pillədə möhkəmlənmək üçün “bankirlər” bu oyunda 3 xal əldə etmək əzmində idi. 90 dəqiqənin sonunda "İnter" matçın sevinən tərəfi olub.

 

Turun mərkəzi qarşılaşması isə əzəli rəqiblər – “Qarabağ” və “Neftçi” arasında keçirilib. Çempionatda iki mövsümdü ağdamlılara qalib gələ bilməyən paytaxt klubu bu dəfə də tilsimi qıra bilməyib. Nəticədə "Qarabağ" çempionluğa bir qədər də yaxınlaşıb.

 

 

XXXI tur

25 aprel (şənbə)

 

“Xəzər Lənkəran” – “Qəbələ” - 0:1

Qol: Cavid Hüseynov, 48

Qırmızı vərəqə: Elvin Mirzəyev, 45+1

İlk 3 dövrədəki oyunlar: 1:1, 3:0, 1:3

 

“Sumqayıt” – “Simurq” - 1:0

Qol: Pərdis Fərcad-Azad, 49

İlk 3 dövrədəki oyunlar: 2:3, 2:1, 1:1

 

“İnter” – AZAL - 2:0

Qollar: Arif  Daşdəmirov, 59; 75

İlk 3 dövrədəki oyunlar: 1:1, 1:0, 1:1

 

“Qarabağ” – “Neftçi” - 3:2

Qollar: Muarem Muarem, 15; Cavid Tağıyev, 29; Leroy Corc, 69 - Araz Abdullayev, 30; Nikolas Kanales, 59

Qırmızı vərəqə: Karlos Kardozo, 75

İlk 3 dövrədəki oyunlar: 3:1, 0:0, 1:0

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

28

19

6

3

47-24

63

2

 İnter

27

14

11

2

44-13

53

3

 Neftçi

28

13

7

8

35-25

46

4

 Qəbələ

28

13

7

8

38-33

46

5

 Simurq  

28

10

5

13

35-31

35

6

 AZAL 

28

8

8

12

29-40

32

7

 Xəzər L 

27

7

6

14

32-41

27

8

 Sumqayıt

27

5

9

13

25-37

24

9

 Bakı

27

2

8

17

17-58

13

 

 

Bombardir: Nurlan Novruzov ("Bakı") - 13 qol

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR