“NBCBank” nizamnamə kapitalını artırır

“NBCBank” nizamnamə kapitalını artırır
# 08 avqust 2014 13:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “NBCBank” ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 243,6 manat, sayı 41 051 ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. 23,6 manat təşkil edir.

Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 27,4% artaraq 46 mln. 536 min 23,6 manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR