“Unibank”ın Bakıda biznes-filialı fəaliyyətə başlayıb

“Unibank”ın Bakıda biznes-filialı fəaliyyətə başlayıb
# 21 avqust 2014 07:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Unibank”ın ilk dəfə olaraq, yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filialı fəaliyyətə başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, biznes-filial “Qara Qarayev” metro stansiyasının yaxınlığında, A. Manafov küçəsi 9 ünvanında yerləşir.

Məlumata görə, filialı kiçik və orta bizneslə məşğul olan müştərilərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək.

Bankın korporativ bank xidmətləri departamentinin rəhbəri İqor Okayev bildirib ki, “Unibank” pərakəndə və korporativ müştərilərə xidmət göstərməklə, universal bank fəaliyyətini davam etdirib və korporativ biznes seqmentində lider və novator maliyyə qurumu olaraq qalıb: “Bankımızda ölkəmizin neft və qeyri-neft sektorunu təmsil edən böyük şirkətlərə, həmçinin kiçik və orta sahibkarlara xidmət olunur. Səhmdarlar tərəfindən təsdiqlənmiş strategiyada bəhs edilir ki, “Unibank” gələcəkdə daha da universal bankçılıq konsepsiyası çərçivəsində inkişaf edəcək və qısa müddət ərzində biznes sahəsini yeni bir səviyyəyə çıxaracaq. Bu strategiyanın reallaşması üçün bir çox məqsədlər qoyulub. Birincisi, kiçik və orta bizneslə məşğul olan müştərilərin xidməti üçün ixtisaslaşdırılmış filialların açılmasıdır. İkincisi, biznes sahəsinin brendləşdiriməsidir ki, burada da məqsəd bu biznes sahənin riteyl biznesindən ayrılması və bank daxilində ayrıca sahə kimi xidmət göstərməsidir. Artıq biz bu istiqamətdə şüarımızı da seçmişik. Bu, “Biznesinizə daimi dəstək” şüarıdır. Brendin yeni rəngi isə tünd qırmızıdır. Bundan əlavə, əsas məqsədlərdən biri beynəlxalq proqramlarda daha da fəal iştirak etməklə, kiçik və orta bizneslə məşğul olan müştərilərimiz üçün sərfəli şərtlərlə maliyyə resursları cəlb etmək, kredit şərtlərinin təkmilləşdirilməsidir”, - deyə o qeyd edib.

İ. Okayev əlavə edib ki, bankın əsas hədəflərindən biri də sahibkarlara texniki dəstək - biznes müştərilərinin banka gəlmədən öz hesab və CRM-lərini idarəetməsinə imkan verən internet-bankinq sisteminin daha da təkmilləşdirməkdir.

Bundan başqa, bankın əsas məqsədlərindən biri də regionlarda fəaliyyəti genişləndirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR